İdman

“Barselona” Levandovski ilə anlaşıb

11 Aprel 2022 17:36
0 Şərh     Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski "Barselona"ya keçməyə yaxındır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu İspaniya klubu ilə 3 illik müqavilə barədə razılıq əldə edib.

33 yaşlı hücumçu Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb. Münhen təmsilçisi anlaşması 2023-cü ildə başa çatacaq oyunçunu satmalı olacaq.

Almaniyalılar onun keçidi üçün 65 milyon avro tələb edir. "Barselona" bu rəqəmi futbolçularından bir neçəsini "Bavariyaya verməklə azalda bilər.

Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 29 oyunda 32 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.