Futbol üzrə Türkiyə millisinin yeni kapitanı seçilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Türkiyə millisində yeni kapitan Hakan Çalhanoğlu olub.
"İnter"in 27 yaşlı oyunçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında kapitan seçilməsi ilə bağlı bunları söyləyib:
"Kapitan olmağın məsuliyyətini anlayıram və bu adı qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən öncə bunu mən etməliyəm. 2015-ci ildən millinin formasını geyinirəm. Vaxt tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı".
Millinin sabiq kapitanı Burak Yılmaz DÇ 2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Milli.Az