İdman

Roman Abramoviç yeni futbol liqası yaradır

7 Mart 2022 06:33
0 Şərh     Baxış: 2 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi" klubunu satışa çıxaran rusiyalı biznesmen Roman Abramoviç yeni futbol liqası yaratmaq fikrinə düşüb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "Qitələrarası Futbol Liqası" adlı turnirə Rusiya, Serbiya, Çin, İsrail, Bolqarıstan, Belarus, Qazaxıstan, Finlandiya klublarının cəlb edilməsi nəzərdə tutulub.

Liqaya rus və çinli sahibkarların, eləcə də digər ölkə nümayəndələrinin sponsorluq edəcəyi ehtimal olunur.

Xatırladaq ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Böyük Britaniyada ona tətbiq edilən sanksiyalara görə "Çelsi"ni satmaq məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.