İdman

“Sevilya”nın baş məşqçisi Mahirdən danışdı

23 Fevral 2022 22:55
1 Şərh     Baxış: 2 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Seviliya" klubunun baş məşqçisi Xulen Lopeteqi Xorvatiyanın "Dinamo" komandasının azərbaycanlı üzvü Mahir Emreli barədə danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, X.Lopeteqi bu barədə Avropa Liqasının 1/16 final mərhələsində "Dinamo" ilə cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, qarşılaşacaqları rəqibin potensialına bələddir:

"Onlar Emreli ilə müqavilə imzalayıblar. Onu "Qarabağ"da olan vaxtlardan tanıyırıq. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərib. Sabah daha da çətin olacaq".

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzub. Növbəti görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.