İdman

Ölümdən dönən danimarkalı futbolçu peşəkar karyerasını bərpa edir: Yeni klubu bəlli oldu

1 Fevral 2022 13:24
0 Şərh     Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin İngiltərənin "Brentford" klubuna keçidi baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Brentford"da top qovacaq.

Müqaviləyə əsasən, klub və futbolçu müqaviləni daha bir il müddətinə uzada bilərlər.

Həmçinin K. Eriksenin bütün tibbi testlərdən uğurla keçdiyi də məlum olub.

Xatırladaq ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək yerə yıxılmışdı.

Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.