İdman

İsveçdə ilin futbolçusu bəlli olub, İbrahimoviçin hegemonluğuna son qoyulub

28 Dekabr 2021 20:42
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Almaniya "Leyptsiq"inin yarımmüdafiəçisi Emil Forsberq bu ada layiq görülüb.

30 yaşlı oyunçu karyerasında ilk dəfə ölkəsində "Qızıl top" mükafatına sahib çıxıb.

Bununla da İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviçin hegemonluğuna son qoyulub. 40 yaşlı forvard ümumilikdə 12 dəfə İsveçin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, İsveç Futbol Federasiyası və "Afronbladet" nəşrinin birgə təsis etdiyi "Qızıl top" mükafatı 1946-cı ildən verilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.