İdman

Premyer Liqada daha bir oyun təxirə salındı

15 Dekabr 2021 23:50
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan "Bernli" - "Uotford" oyunu təxirə salınıb. Milli.Az matc.az-a istinadən bildirir ki, buna "Uotford"un heyətində koronavirusa kütləvi yoluxmanın qeydə alınması səbəb göstərilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə qonaq komandanın meydana çıxmaq üçün yetərli futbolçuya malik olmadığı diqqətə çatdırılıb.
 
Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib. Matçın təxirə salınmasına görə azarkeşlərdən üzr istənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.