Cəmiyyət

Siqaret çəkmək boyun ağrılarına səbəb olur

21 Noyabr 2021 04:03
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaret çəkmək insan sağlamlığına ciddi ziyan vurur. Son araşdırmalar sübüt edib ki, siqaret çəkmək boyun nahiyəsində fəqərəarası disklərin zədələnməsinə səbəb olur.

Bu isə boyun ağrılarına gətirib çıxardır.

MedicalXpress xəbər verir ki, Emori Universiteti (ABŞ) alimləri 200-ə yaxın insanın kompüter tomoqrafiya nəticələrini analiz ediblər. Nəticədə məlum olub ki, siqaret çəkən insanlarda fəqərəarası disklər siqaret çəkməyən insanlarla müqayisədə daha çox zədələnir.

Alimlərin fikirinə görə, bunun səbəbi siqaret çəkməyin boyun damarlarına olan mənfi təsirindədir. Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur ki, nəticədə fəqərəarası disklərin qidalanması pozulur.

Bundan əvvəl aparılan araşdırmalar sübut edib ki, siqaret çəkmək bel ağrılarına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.