Heydər Əliyev Sarayı “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nı təqdim edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 15-20 oktyabr 2021-ci il tarixlərində "II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı"nı keçiriləcək. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov festivalın keçirilməsinin əsas məqsədinin Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması olduğunu bildirib: "Birinci festivaldan fərqli olaraq, bu ilki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. Çünki bu festivalda ən məşhur musiqiçilər və kollektivlər iştirak edəcəklər. İnanıram ki, "II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı" maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək və yaddaşlara həkk olunacaq".
Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiətilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də, istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfraslar, master-klasslar (ustad dərsləri) və s. təqdim olunacaqdır. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, C.Verdi, Mozart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndiriləcək.
Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyətilə keçiriləcək tədbirin dirijoru, Əməkdar artist Əyyub Quliyevdir. Barokko musiqisi axşamında Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Məmmədova, İnarə Babayeva, Səbinə Əsədova və İlham Nəzərov çıxış edəcəklər.
Sizlərə festivalın proqramını təqdim edirik:
15 oktyabr:
10:00 - Fəxri Xiyaban. Əbədiyaşarlara ziyarət
12:00 - Heydər Əliyev Sarayı - Dünya Vokal İfaçılığı və Onun Əsasları elmi-praktiki konfrans
19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalı - Barokko musiqisi axşamı
16 oktyabr:
12:00 - Azərbaycan Milli Konservatoriyası - Klassik Milli Vokal Ifaçılığı
16:00 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası - "100 ilin sərvəti" Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf
19:00 - Azərbaycan Dövlət Opera və Balet Teatrı - Arşın mal alan
17 oktyabr:
12:00 - Beynəlxalq Muğam Mərkəzi - Bizidə tanıyın
19:00 - Beynəlxalq Muğam Mərkəzi - Nizaminin sözlərinə yazılmış romanslar
18 oktyabr:
12:00 - Gəncə Dövlət Filarmoniyası - Gəncədən Bakıya
19:00 - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı - Azərbaycan operetta inciləri
20:00 - Azərbaycan Dövlət Akademik Filatmoniyası - Azərbaycan Dövlət Kapellasının konserti
19 oktyabr:
12:00 - Beynəlxalq Muğam Mərkəzi - Rəşid Behbudov repertuarından incilər
19:00 - Heydər Əliyev Sarayı - Vokal Inciləri kitabının təqdimat mərasimi
20 oktyabr:
19:00 - Heydər Əliyev Sarayı - Azərbaycan Vokalçıları Festivalının Təntənəli bağlanış mərasimi
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





