Cəmiyyət

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq

10 Sentyabr 2021 08:15
0 Şərh     Baxış: 2 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsinə baxılacaq.

Milli.Az xəbər verir ki, partiyadan bildirilib ki, R.Göyüşovun əxlaqi normalara sığmayan videogörüntüləri böyük partiya tərəfindən hiddətlə qınanılır. İdarə Heyətinin iclasında R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.