Bakıda taxta bazarında yanğın söndürülüb
Bakının Nərimanov rayonunda taxta bazarında baş verən yanğının qarşısı alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən lokallaşdırılaraq söndürülüb.
***
02:55
Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Baksol" yolunda yerləşən taxta bazarında baş verib.
Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Milli.Az