Cəmiyyət

Qaradağda sudan qanunsuz istifadə halları aşkarlanıb - VİDEO

14 Avqust 2021 13:19
0 Şərh     Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaradağ rayonu Korgöz qəsəbəsi, Yeni massiv adlanan ərazidə avtomobil təmiri məntəqəsi kimi istifadə edilən obyektdə sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən 110 millimetr diametrli su xəttinə qanunsuz qoşularaq sudan istifadə edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ümid qəsəbəsindəki kafelərdən birində də oxşar hala rast gəlinib. Nəzarət-yoxlama zamanı məlum olub ki, kafe sahibi təkrarən 21 millimetr diametrli boru ilə yenidən yaxınlıqdakı su xəttinə qeyri-qanuni qoşulma edib.

Qaradağ rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsində yeni ev tikən sakin yaxınlıqdan keçən 150 millimetr magistral su xəttinə qeyri-qanuni qoşulma edib. Qəsəbənin "20 Yanvar" küçəsində isə yeni su xətti çəkilməsinə baxmayaraq, vətəndaş köhnə xəttə qanunsuz qoşularaq uçotdan yayınıb.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbir görülüb, qeyri-qanuni çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.