Cəmiyyət

San-Marinodan idxal edilən 5000 qutudan çox məhsul yararsız çıxdı

13 Avqust 2021 12:04
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5173 qutu "Nebufer", "Tablet N30" əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.