Cəmiyyət

Mingəçevir su anbarında 3 nəfər xilas edilib

7 Avqust 2021 22:21
0 Şərh     Baxış: 585
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

Nazirliyikdən Milli.Az-a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.