Cəmiyyət

Tovuzda ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döydü

27 İyul 2021 17:16
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz rayonunda 33 yaşlı kişi 12 yaşlı oğlunu ağaca bağlayaraq döyüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun anası İradə Mustafayeva polisə müraciət edərək məlumat verib.

O bildirib ki, iyulun 26-sı saat 12 radələrində rayonun Cəlilli kəndində yaşadıqları evdə əri, 1988-ci il təvəllüdlü Musfayev Şahin Nazim oğlu ağac parçası ilə oğlu, 2009-cu il təvəllüdlü Nihadı döyərək sol dirsək sümüyünü sındırıb.

Məlumata görə, hadisəyə 12 yaşlı Nihadın tezt-tez kanala çimməyə getməsi səbəb olub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qafqazinfoya açıqlamasında bildirib ki, azyaşlının atası tərəfindən taxta parçası ilə döyülməsi barədə araşdırma başlayıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.