Cəmiyyət

Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib

26 İyul 2021 16:14
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki Vətən müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.

Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş Səid Abasov Agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

İşlə təmin edilmiş digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş X.Məmmədzadə Agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

Qeyd edək ki, KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış "Məşğulluq marafonu"na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.