Cəmiyyət

Bu müəssisələrdə nöqsanlar aşkarlandı

12 İyul 2021 14:54
0 Şərh     Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Milli.Az-a bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küç., ev 20A ünvanında fəaliyyət göstərən fiziki şəxs İskəndərov Həyatxan Hüseynəli oğluna məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyi ticarət müəssisəsində yoxlama keçirib.

Yoxlama zamanı ticarət müəssisəsində ərzaq məhsullarının saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı aşkar olunub. Eyni zamanda, ərzaq məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə riayət edilmədiyi, termiki emaldan keçmədən istifadə edilən quru meyvələrin, çərəzlərin və ədviyyatların ticarət müəssisəsinin qarşısında üzəri açıq şəkildə satıldığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.