Cəmiyyət

Silahlı Qüvvələr Günü münasibətilə media-tur təşkil edilib - VİDEO

26 İyun 2021 16:48
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Kütləvi İnformasiya Nümayəndələri (KİV) üçün media-tur təşkil edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, media-tur çərçivəsində KİV nümayəndələri Müdafiə nazirliyinin və "FireLandProduction"-nun birgə təşkilatçılığı, eləcə də Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasının dəstəyi ilə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbirdə iştirak edib və şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olmaq məqsədi ilə N nömrəli hərbi hissəyə səfər ediblər.

Səfərin sonunda media nümayəndələri Şəhid övladları və hərbi qulluqçularla birlikdə nahar ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.