Cəmiyyət

Bu küçədə həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə var - VİDEO

27 İyun 2021 06:30
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nizami rayonunda küçələrdən biri ilə hərəkət edən sürücülər işiqforu görmədikləri üçün yolda həm tıxac, həm də təhlükə yaranır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sürücülər deyirlər ki, işıqforun işığı görünmədiyi üçün birbaşa yola çıxırlar. Bu hal  həm sürücülərin, həm də yoldan keçən piyadaların həyatı təhlükə yaradır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, belə ərazilər mütəmadi şəkildə aşkarlanır və bu barədə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə məlumat verilir. 

Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Cavanşir Məmmədov isə bildirdi ki, bu ünvanla bağlı idarəyə heç bir müraciət daxil olmayıb.

Ortadakı təhlükənin hansı qurumun məsuliyyətsizliyi ucbatından yarandığı bilinməsə də, bir fakt ortadadır ki, həmin ağac işıqforun qarşısını kəsir və təhlükə hələ də qalır...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.