Cəmiyyət

Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - YENİLƏNİB - FOTO

24 İyun 2021 23:26
2 Şərh     Baxış: 6 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:26

Bakının Nərimanov rayonunda baş vermiş qətl hadisəsinin bəzi təffərüatları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

21:11

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.