Cəmiyyət

Keçmiş mətbuat katibi HƏBS EDİLİB?

23 İyun 2021 14:14
Baxış: 2 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, jurnalistə yaxın mənbələrin sosial şəbəkələrdə yaydığı xəbərə görə, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Daha sonra az müddətdə "Moderator.az" saytı ilə əməkdaşlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.