Cəmiyyət

Quba və Şabranda baş verən yanğınlar söndürülüb

18 İyun 2021 12:03
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi (FHN) şimal bölgəsində baş verən yanğınlar barədə yeni məlumat açıqlayıb.

Milli.Az bildirir ki, FHN-in məlumatında deyilir: "Ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib. FHN-in qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb.

Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da Nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir.

Yanğınla mübarizəyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.