Cəmiyyət

Sökülməsinə qərar verilən binanın sakinləri narazıdır - VİDEO

16 İyun 2021 11:29
Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda istismar müddəti başa çatmış yaşayış binasının sökülməsinə qərar verilib. Amma tikinti şirkəti ilə vətəndaşlar ortaq məxrəcə gələ bilmirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakının Nizami rayonu, Kamil Balakişiyev 42 ünvanında yerləşən binanın sakinləri söküləcək evlərinin müqabilində tikinti şirkətinin təklif etdiyi məbləğlə razı deyillər.

Sakinlər deyirlər ki, şirkətin evin hər kvadratmetri üçün təklif etdiyi 2500 manat onları qane etmir.

Məsələ ilə bağlı tikinti şirkətindən bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Nizami rayonunda istismar müddəti başa çatmış bir neçə küçədə yerləşən binaların sökülməsinə qərar verilib. Sakinlər ilə razılaşma əsasında həmin binalar söküləcək. Bu bina da onlardan biridir. Binada ümumilikdə 14 ailə yaşayıb. Onlardan 8-i ilə ortaq qərara gəlinib, qalan ailələrlə isə razılaşma olmayıb. Şirkət bina sakinlərinə evlərinin ümumi sahəsindən 20 faiz artıq tam təmirli mənzil və ya bazar qiymətinə uyğun olaraq hər kvadratmetr üçün 2500 manat pul təklif edir. Bununla belə razılaşmayan vətəndaşlar şirkət tərəfindən məhkəməyə veriləcək və məhkəmənin verəcəyi qərar çərçivəsində addım atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.