Cəmiyyət

Azərbaycanda Beynəlxalq Astronavtika Federasiyasının konfransı keçiriləcək

15 İyun 2021 12:42
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığı, eləcə də ölkənin Beynəlxalq Astronavtika Federasiyasına üzvlüyü 2023-cü ildə Azərbaycanda beynəlxalq konfransın keçirilməsinə imkan verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Kosmos Tədqiqatları Konfransında deyib.

O bildirib ki, kosmos sahəsində insan amili, elm və tədqiqatlar beynəlxalq əməkdaşlığı genişləndirməyə imkan verir.

Qeyd edək ki, Beynəlxalq Kosmos Tədqiqatları Konfransı sonuncu dəfə 1973-cü ildə Azərbaycanda keçirilmişdi. Tədbir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr tarixlərində baş tutmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.