Cəmiyyət

Şotlandiyada yaşayan azərbaycanlı yüksək mükafata layiq görülüb - FOTO

2 İyun 2021 17:08
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiyanın Aberden şəhərində yaşayan gənc soydaşımız Aliyə Orucova Aberden Beynəlxalq Məktəbinin "Academic Excellence" mükafatına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, mürəkkəb proqramın tədris olunduğu yuxarı sinifdə təhsil alan yeganə azərbaycanlı olan Aliyə Orucova bu mükafata bütün fənlər üzrə yüksək qiymət aldığına və riyaziyyatın öyrənilməsində irəliləyiş əldə etdiyinə görə layiq görülüb.

Qeyd edək ki, bu, Aliyə Orucovanın yeganə uğuru deyil. İlin əvvəlində o, məktəbli həmkarı Eloiza Reydlə birlikdə Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib. "ADA festivalı" XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə həsr olunub və informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.

Xatırladaq ki, Aliyə Orucova rəssam soydaşımız Leyla Orucovanın qızıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.