Cəmiyyət

Gəncədə qəza törədən sürücü hadisə yerindən yayınıb - FOTO

15 May 2021 10:29
Baxış: 842
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "BMW" markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Qəzaya səbəb olan sürücü hadisə yerindən yayınıb. Sürücünün tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.