Cəmiyyət

Külək əsəcək, arabir yağış yağacaq - PROQNOZ - VİDEO

29 Aprel 2021 13:15
Baxış: 2 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.