Cəmiyyət

Yeni körpünün işıqlandırılmasındakı problem nə ilə bağlıdır? - VİDEO

29 Aprel 2021 11:04
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda istifadəyə verilməsi nərzərdə tutulan Ucar-Zərdab-Ağcəbədi magistral yolunda bir neçə yeni körpü tikilib. Həmin körpülərdən biri Zərdab rayonu ərazisində, Kür çayı üzərində qurulub. 1 həftəyə yaxındır ki, gecələr sözügedən körpü işıqlandırılmır. Ona görə də avtomobillərin hərəkətində çətinlik yaranır. Bu zaman sual yaranır ki, yeni körpünün işıqlandırılmasındakı problem nə ilə bağlıdır?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni tikilən körpünün işıqları bir müddətdir ki, axşamlar yanmır.

Əsaslı təmir edilən 76 kilometrlik Ucar-Zərdab-Ağcəbədi magistral yolunda bir neçə körpü inşa edilib. Yolun Zərdab rayonundan keçən 50-ci kilometrliyində, Kür çayı üzərində olan körpü də yenidən qurulub. Uzunluğu təxminən 180 metr olan körpü  axsamlar ısıqlandırılmır. Bu isə avtomobillərin hərəkətində çətinlik yaradır

Sürücülərin sözlərinə görə problem bir həftədir ki, davam edir

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpü yaxınlıqdakı transformatorlar vasitəsilə işıqlandırılır. Transformatorların aidiyyatı qurum tərəfindən yenilənməsi həyata keçirilir. Proses başa çatandan sora sözügedən problem də aradan qaldırılacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.