Cəmiyyət

May ayının 1-dən bu qadağa qüvvəyə minir

28 Aprel 2021 16:04
Baxış: 2 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməyə çağırıb:

"Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik".

Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində "Təmiz hövzələr" aksiyasının həyata keçirildiyini də vurğulayıb.

H.Əlizadə bu aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.