Cəmiyyət

Sidqi Mustafayevin ikinci qızı və qayınanası da Covid 19-dan vəfat etdi

24 Aprel 2021 15:18
Baxış: 2 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət bir müddət əvvəl koronovirus infeksiyasından vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tarzənin digər qızı Hökümə də bu gün Covid-19-dan dünyasını dəyişib. Bu haqda ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl axşam.az-a açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory