Cəmiyyət

Yas keçirən şəxs cərimələndi

23 Aprel 2021 18:12
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yas mərasiminin təşkil edilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən rayon sakini Ş.Abbaszadə barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.