Cəmiyyət

Balakəndə toy edənlər cərimələndi - VİDEO - FOTO

9 Aprel 2021 19:01
Baxış: 799
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində  toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar  ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.