09:31
Paytaxtın Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq aradan qaldırılıb.
Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda adıçəkiln ərazidə avtomobillərin hərəkəti bərpa edilib.
---------
09:21
Bakı Nəqliyyat Agentliyi paytaxtda yaranan tıxacla bağlı məlumat yayıb.
Agentlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, hazırda Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.
Milli.Az