Cəmiyyət

Hərbçilər üçün hazırlanan konservlər satışa çıxarılıb? - AÇIQLAMA

27 Mart 2021 11:47
Baxış: 2 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) qurumun hərbi qulluqçuları üçün ayrılmış ərzaq məhsullarının Ukrayna bazarlarında satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib: "Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.