Cəmiyyət

Mərdəkanda 3 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb

24 Mart 2021 18:59
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Xəzər rayonu ərazisində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Mürsəlovdan 10,230 qram heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, O.Mürsəlovun evinə baxış zamanı orada 2 kiloqram 160 qram heroin, 358,097 qram metamfetamin, 215 qram marixuana, 61,613 qram tiryək, 120 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.