Cəmiyyət

Xətaidə evləri və zirzəmiləri niyə su basdı?

16 Mart 2021 12:34
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayonu Elektrotok qəsəbəsi Mirzə Davud küçəsində bir sıra yaşayış evlərini və zirzəmiləri su basıb.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya sakinlər müraciət edib. Sakinlərin sözlərinə görə, "Azəristiliktəchizat"ın həmin qəsəbədən keçən istilik xəttində  partlayış baş verib. Buna görə də bəzi evləri və zirzəmiləri su basıb. Problemi isə həll edən yoxdur".

Sözügedən ərazidə  xətlərdə su sızıntısının olduğunu təsdiqləyib:

"Həmin evlər qeyri-qanuni olaraq mühafizə zonasında tikilib. Oradakı magistral istilik kəmərinin diametri 630 millimetrdir. Orada 198 yaşayış binası, məktəblər, sosial müəssisələr istiliklə təmin olunur. Sistemdə isə 6000 kubdan artıq su var. Sızıntının qarşısını almaq  üçün müəyyən bərkitmə işləri aparmışıq. Sadəcə olaraq axıntının qarşısını almaq üçün bütün su şəbəkədən boşaldılmalıdır. Belə olan halda da nə qədər yaşayış binası, bağça, məktəb istiliksiz qalmalıdır. Havalar son günlər də soyuq keçdiyinə görə istiliyi dayandırıb əsaslı təmir işləri görə bilmirik.  Müvəqqəti tədbirlər görülüb. Havalar mülayimləşəndə axıntı tam aradan qaldırılacaq".

Xətai rayon İH-dən qafqazinfo-ya bildirilib ki, sözügedən əraziyə baxış keçiriləcək. Bundan sonra vətəndaşlara mümkün olan köməklik göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory