Cəmiyyət

Yollarda vəziyyət necədir?

18 Fevral 2021 10:46
Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarında hazırkı vəziyyət haqqında məlumat yayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 09:30-a olan məlumata görə, ölkə ərazisində bəzi yollarda buzaşmanın qarşısının alınması üçün qum-duz səpilib.

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi - Xızı istiqamətində gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.

Bakı - Qobustan yolunda səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı istiqamətində qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi yolunda gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Muğanlı - İsmayıllı marşrutu boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki marşrutu boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhədi yolu boyu qar yağır, Şəki rayonu ərazisində 5-7sm, Qax rayonu ərazisində 15-20sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yevlax - Şəki (Göybulaq) istiqamətində Şəki rayonu ərazisində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə- Daşkəsən- Xoşbulaq istiqamətində Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir- Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt- Astara- İran ilə dövlət sərhədi yolu boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı yolunun Masallı rayonu ərazisində zəif qar yağır, Yardımlı rayonu ərazisində sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran- Lerik yolunda səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Hacıqabul- Bəhramtəpə- Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.