Cəmiyyət

Bu kənd məktəbləri bağlanır: Müəllimlərin və şagirdlərin taleyi necə olacaq? - AÇIQLAMA

16 Oktyabr 2025 19:00
Baxış: 471
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şagird sayının azlığına görə bağlanan məktəblərimiz 2023-cü ildən 2025-ci ilə qədər 150 məktəb təşkil edir. Bu səbəbdən məktəblərin, eyni zamanda siniflərin bağlanması halları daha çox kəndlərdə rast gəlinir. 

Milli.Az xəbər verir ki, Yardımlı rayonunun Şıxlar kəndində 10-cu sinif bağlanıb. Təhsil alan 4 şagird isə qonşu kənddəki məktəbə yönləndirilib. Qəbələnin Tikanlı kəndində isə vəziyyət bir qədər fərqlidir. Bu məktəbin birinci və ikinci sinifləri birləşdirilib. Kənd sakinin sözlərinə görə, məktəbdə uşaq sayı azalıb.             

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Quba, Xaçmaz, Lerik, Yardımlı, Astarada, Daşkəsəndə, Gədəbəydə şagird sayı kifayət qədər azdır. Əgər sinif bağlanırsa, bu zaman müəllimlər iş yerini itirmiş olur. Mütləq şəkildə bölgələrdə məktəblərin, siniflərin bağlanılmasına yol vermək olmaz. 

Sözügedən mövzu ilə bağlı MÜTDA-dan bildirildi ki, bəzi rayon məktəblərində şagirdlərin azlığı səbəbindən bu addımların atılması zərurəti yaranır:

"Müəssələrdəki şagird sayı və kadr təminatı nəzərə alınaraq təhlillər aparılır, buna uyğun olaraq da təhsil müəssələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Məqsəd isə ayrılan xərclərin və mövcud resursların səmərəli bölüşdürülməsi, keyfiyyətli təhsil mühitinin yaradılmasıdır". 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.