Cəmiyyət

Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdilər - VİDEO

9 Fevral 2021 12:46
Baxış: 2 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.

Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən "Muğam Ocağı" restoranında "Soel" parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.