Cəmiyyət

İstifadə etdiyimiz bu yağ ölümcül təhlükəlidir – XƏBƏRDARLIQ

7 Fevral 2021 22:21
Baxış: 30 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyalı alimlər sübut ediblər ki, günəbaxan yağından istifadə qaraciyər xəstəliklərinin inkişafına, o cümlədən serroza və onkoloji xəstəliklərə səbəb ola bilər. Ekspertlər bu məhsulu zeytun yağı ilə əvəz etməyi məsləhət görürlər.
Qranad universitetinin mütəxəssisləri gəmiricilərin iştirakı ilə seriya laboratoriya təcrübəsi aparıblar. Siçanlara yeməklərinə  əlavə kimi zeytun və günəbaxan yağıları təklif ediblər.

Milli.Az medpress.az-a istinadən bildirir ki, nəticədə mikrobioloqlar təcrübə altındakı heyvanların qaraciyər genomasının laboratoriya analizini keçiriblər.  Günəbaxan yağı sərf edən siçanların qaraciyər hüceyrələrində ultrastruktur dəyişiklik aşkarlanıb ki, bu da qeyri-spirtli steatohepatitlərin inkişafını yüksəldib.
Ekspertlər bunu qeyd ediblər: bu zaman yağlı distrofiya xəstəliyi inkişaf edir, iltihab və hüceyrə quruluşuna ziyan dəyir, nəticədə qaraciyərin patoloji dəyişmələri - serroz və onkoloji problemlər baş verir.
Araşdırma göstərib ki, zeytun yağı ilə qidalanan siçanlarda isə qaraciyər sağlam qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.