Cəmiyyət

"Cavanlar arasında yoluxma artacaq və ölüm halları çoxalacaq" - Azərbaycanı gözləyən təhlükə - VİDEO

2 Fevral 2021 10:06
Baxış: 9 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir.

Milli.Az "xəzərxəbər"ə istinadən xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, yeni ştamm hələlik Azərbaycanda qeydə alınmasa da, mütləq burada gələcək.

"İnsandan-insana yoluxma sürəti artıb. 50-70% civarında yoluxma sürətində artım müşahidə edilir. Əvvəllər bir nəfər bir nəfəri yoluxdururdusa, indi bu yoluxmalar daha da çox artacaq. Ona görə də ştamm ortaya çıxdığı ölkələrdə sürətlə yayılır.

Bunun nəticəsində daha çox insan xəstə olacaq, bunların arasından isə daha çox ağır xəstələrin olacağı ölüm faizinin artmasına səbəb ola bilər", - ÜST rəsmisi əlavə edib.

Hande Harmancının sözlərinə görə, yeni ştamm özü ilə yeni bəlalar gətirir. Cavanların yoluxma sayı kəskin aratacaq, ən çox ölüm haları isə yaşlılar arasında qeydə alınacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.