Goranboyda ölümlə nəticələnən yol qəzası olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vito" markalı mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.
Milli.Az