Cəmiyyət

Karantini pozan kafenin sahibi və müştərilər cərimələndi

21 Yanvar 2021 12:29
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.