Cəmiyyət

Qış tətili ləğv olunub? - Təhsil Nazirliyindən AÇIQLAMA

6 Yanvar 2021 11:27
Baxış: 3 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.

Qeyd edək ki,  Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.