Cəmiyyət

Yoluxanların sayı azaldı

20 Dekabr 2020 16:37
Baxış: 7 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 961 yeni yoluxma faktı qeydə alınıb,  4 317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər "COVID-19"dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 202 min 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 139 min 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 099 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 63 min 754 test aparılıb. Bugünkü test sayı isə 14 515-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.