Cəmiyyət

Sumqayıtın qəhrəmanlar binası - Bir binada 3 şəhid ailəsi yaşayır - VİDEO

16 Dekabr 2020 11:59
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda bir yaşayış binasında 3 şəhid ailəsi yaşayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhər 41 A məhəlləsində bir binada yaşayan 3 şəhid ailəsini təsəlli edən övladlarının barelyeflərinin elə yaşadıqları binaya vurulmasıdır.

Emil Əliyev 44 günlük Vətən müharibəsində, Mikayıl Qasımov 1993, Telman Yaqubov isə 1994-cü ildə birinci Qarabağ döyüşlərində şəhid olub.

Şəhid Emil Əliyevin atası deyir ki, övladı könüllü olaraq Vətən müharibəsində iştirak edib. Qızğın döyüşlər zamanı özü yaralanmasına baxmayaraq, düşmənə ağır zərbələr vurub. Füzuli istiqamətində gedən döyüşlərdə isə 27 yaşlı Emil Əliyev şəhid olub.

Eyni binada yaşayan Məstəgül Racıyevanın oğlu Mikayıl Qasımov isə 1993-cü ildə ikinci Qarabağ döyüşlərində şəhid olub.

Füruzə Yaqubovanın oğlu Telman Yaqubov da vətən uğrunda döyüşərək şəhid olub.

Hər üç şəhidin adlarını əbədiləşdirmək üçün onların yaşadığı binanın üzərinə barelyefləri vurulub. Buradan keçən hər bir şəxs şəhidlərimizin barelyeflərini yad edərək, onların xatirəsini anırlar.Bundan başqa, sakinlər həmin binaya "Qəhrəmanlar binası" adını da veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.