Cəmiyyət

Bakıda iki nəfər bıçaqlanıb

15 Dekabr 2020 08:53
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsində 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

1978-ci il təvəllüdlü Cəlilov Elman Əmir oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Yasamal rayonunda da baş verib. 1978-ci il təvəllüdlü Təvəkkülov Şahin Xoşbəxt oğlu dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.