Cəmiyyət

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırıldı

14 Dekabr 2020 10:52
Baxış: 1 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.