Cəmiyyət

Bloklarda gecələyən gənclə bağlı nazirlikdən açıqlama - FOTO

8 Dekabr 2020 15:19
Baxış: 3 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə çətin həyat şəraiti ilə üz-üzə qalması, bloklarda gecələməsi ilə bağlı barəsində məlumat paylaşılan gənc oğlan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Elmirin vəziyyəti barədə xəbər tutan kimi Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxlayıblar. Elmirin yaşadıqları, ehtiyacları öyrənildi:

"Elmir artıq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.