Cəmiyyət

Gəncədə Kəlbəcər sevinci - FOTO

25 Noyabr 2020 15:47
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəlbəcər rayonu 27 ildən sonra işğaldan azad olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan kəlbəcərlilər Mədəniyyət evinin qarşısına toplaşaraq, rayonun işğaldan azad olunmasını təntənəli şəkildə qeyd ediblər. Tədbirdə rayon ictimaiyyətin nümayəndələri iştirak edib.

Bildirilib ki, hər bi Azərbaycan vətəndaşı kimi, Gəncədə məskunlaşmış 5 minə yaxın kəlbəcərli də bu günü böyük səbirsizliklə gözləyib. İndi isə kəlbəcərlilər doğma yurd-yuvalarına qayıtmaq üçün günləri sayır, soyumuş ocaqlarını yenidən isitmək üçün hazırlıqlar görürlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.